Peru prezidenti Pedro Pablo Kuçinski ölkənin Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Peru Xarici İşlər Nazirliyi xəbər verir ki, bu qərar Venesuelanın xarici işlər naziri Delsi Rodrigesin Peru prezidentinin ünvanına təhqiredici ifadələr işlətməsindən sonra qəbul edilib.
Peru XİN-dən bildiriblər ki, D.Rodrigesin bəyanatı diplomatik münasibətləri dəstəkləyən ölkələr üçün qəbuledilməzdir.
Bundan əlavə, Peru Venesuelaya etiraz notası göndərib./report.az/
MediaFax