Məsud Uday Səddam Hüsey, tələblərini Trampa məktub şəklində ünvanlayıb.
İraqın edam edilmiş lideri Səddam Hüseynin nəvəsi Məsud Uday Səddam Hüseyn ABŞ prezidenti Donald Trampa məktub yazıb.
İstiPress-in "CNNTürk”ə istinadən verdiyi xəbərə görə, o, məktubunda İranın zorla tutduğu qohumlarının cənazələrini qaytarmaq üçün ABŞ prezidentindən yardım istəyib:
"Babası edam edilən bir nəvə kimi sizdən xahişim var. Sizdən İran silahlılarının zorla qaçırdığı və özlərində saxladığı qohumlarımın cənazələrini geri qaytarmağa kömək etməyinizi istəyirəm. Babamın iki qardaşı, atam Uday Səddam Hüseyn, əmim, əmim oğlunun cənazələri İranda saxlanılır və bizə verilmir. İran şəhidlərimizin cənazələrini Obamanın prezidentlik dövründə ələ keçirib. Bu hal beynəlxalq hüquqa və insan haqlarına ziddir. Sizin həssaslıq göstərəcəyinizə ümid edirəm və terrorizmin ən böyük dəstəkçisi olan İranın zorla tutduğu cənazələri aid olduqları yerə ekstradisiya edilməsi məsələsində yardımlarınızı gözləyirik” deyə tələblərini irəli sürüb.
Məsud Uday Hüseyn məktubunda həmçinin qeyd edib ki, 2003-ci ildən bəri günahsız insanlar Bağdad həbsxanalarında saxlanılır, Mosulda mülki vətəndaşlar terror təşkilatı "Haşdi Şabi”nin cinayətkar dəstələri tərəfindən işgəncə edilərək öldürülür.