Azərbaycanda şöbə müdiri özünü asdı - Yenilənib

09:56 
 
Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
Hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.
 
Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.
 
Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA/
 
------------
13:50 
 
Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri Rəfael Fazilovun intiharının bəzi təfərrüatları məlum olub.

Rayonun Qaraməryəm kəndinin həkimi İsa Sultanov saytımıza açıqlamasında bildirib ki, Rəfael Fazilov bir neçə il bundan əvvəl ürək əməliyyatı keçirib: 

"Buna baxmayaraq, həmişə işinin başında olub. Onda heç bir xəstəlik olmayıb. Həmişə işinin başında olub. Rəfael çox hörmətli şəxs olub. İstər rayonda, istərsə də kənddə hamı ona hörmət edib. Gözəl ailə başçısı, savadlı bir həkim olub. İki qızı var. Biri həkim, biri müəllim işləyir. Rəfaelin atası da müəllim işləyib. Kişi kəndin ağsaqqalı idi. Lazım olanda ondan məsləhət alıblar. Ailənin tərbiyəsinə söz ola bilməz.”

İsa Sadıqov həmkarının belə bir addım atmasına inanmaq istəmədiyini bildirib: 

"İnana bilmirik ki, o, özünü asıb.”/aznews.az/
 
MediaFax