Erməni İnqilabçı Cəbhəsinin (Daşnaksütyun) nümayəndələri Ermənistan prezidenti Serj Sarkisyana "Çiçəklən Ermənistan” Partiyasının keçmiş lideri Qaqik Tsarukyanın siyasətə qayıtması fikrindən guya vaz keçməyə razılaşdırması ilə bağlı ultimatum veriblər.
Bu haqda "Jamanak” qəzeti yazıb.
"Bizə çatan məlumata görə, Daşnaksütyunun nümayəndələri bu məsələ ilə bağlı fövqəladə hallar naziri Armen Yeritsyanın dəfni üçün Ermənistana gələn və Qaqik Tsarukyanla münasibətləri "Dağlıq Qarabağ Respublikası”nın "prezidenti” Bako Saakyana da müraciət ediblər. Ancaq Bako Saakyan Tsarukyanın şəxsi qərarı olduğunndan bu məsələyə qarışmaqdan imtina edib”, - qəzet yazıb.
"Jamanak” onu da qeyd edir ki, Tsarukyanın siyasətə qayıtmaması ilə bağlı Serj Sarkisyana "Erməni dirçəlişi” partiyasının sədri Artur Baqdasaryan da müraciət edib./modern.az/