Sarkisyan prezident yox, işğalçıdır - Erməni hüquq müdafiəçisi

"Artıq münaqişənin sülh yolu ilə həllinin zamanı çatıb".
 
Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib. 
 
S. Çaqinyan deyib ki, Qarabağda erməni və azərbaycanlı gənclərin ölməsi faciədir: "Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Nəhayət, bu münaqişəyə son qoyulsun. Mən bilirəm ki, Ermənistan hakimiyyəti bu münaqişənin həllini istəmir. Serj Sarkisyan istefa verməlidir. Mənim bu gün burada olmağım Serj Sarkisyanın siyasəti ilə əlaqədardır. Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Serj Sarkisyan erməni xalqına qarşı soyqırımı həyata keçirib".
 
S. Çaqinyan qeyd edib ki, Sarkisyan onun öldürülməsinə qərar verib: "Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparmışam. Mən izlənirdim. Onlar məni terrorçuluqda belə günahlandırırdılar. Mən bu gün ölüyəm, Ermənistanı tərk etmişəm. Əgər onlar məni həbs edib, məni terrorçu kimi mühakimə etsəydilər, mən ölü olardım. Mən mütəxəssis kimi illərdir ki, ölkəmdə iş tapmamışam. Ermənistanda bütün xalq mənim kimi yaşayır. Hakimiyyət zəbt edilib. Mənim vətəndaşlıqdan imtina barədə Azərbaycan mətbuatında məktubum dərc olunandan sonra Serj Sarkisyan ölümüm barədə qərar vermişdi”./APA/

MediaFax