Sarkisyan baş naziri əvəz etmək istəyir?

Ermənistanda ictimaiyyət müdafiə naziri Bigen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsinə hazırlanır.
 
"Jamanak” qəzeti belə iddia ilə çıxış edib.

Nəşrə görə, prezident Serj Sarkisyan üçün baş nazir postuna ən uyğun və mümkün namizəd Vigen Sarkisyandır. Bildirilir ki, məhz bu səbəbdən V.Sarkisyanın adı parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısında birinci olacaq.

Qəzetin iddiasına əsasən, prezident səlahiyyətlərinin bitəcəyi 2018-ci ilin aprelinə qədər Ermənistanda müxtəlif aksiyalar təşkil olunacaq və xalq Serj Sarkisyana "yalvaracaq” ki, hökumətə başçılıq etsin, yəni baş nazir olsun. Bu vəzifədə onun məhz Vigen Sarkisyanı əvəz edəcəyi gözlənilir.

Hazırkı baş nazir Karen Karapetyan isə bu vəziyyətdə "ya özünə uyğun bir vəzifə tapmalı, ya da bu planların alt-üst olmasına çalışmalıdır”. Qəzetin yazdığına görə, əks halda, o, Rusiyaya qayıdaraq "yaxşı maaşlı” işlə təmin olunacaq./virtualaz.org/

MediaFax