“Samsung”un varisinə korrupsiya İttihamı

"Samsung"un vəliəhdi Li Cey-yonga qarşı rüşvət və nüfüzundan sui-istifadə da daxil olmaqla, müxtəlif cinayət əməllərinə görə rəsmi qaydada ittiham irəli sürülüb.

İş üzrə xüsusi prokurorluqdan verilən rəsmi məlumata görə, "Samsung" şirkətinin de-fakto sahibindən başqa şirkətin digər dörd icraçısı haqqında da cinayət işi açılıb.

Dörd icraçıdan üçü artıq keçən cümə axşamı vəzifələrindən istefa vermişdi.

Xatırladaq ki, "Samsung"un de-fakto rəhbəri Li Cey-yong Cənubi Koreyada rüşvət iddiaları ilə fevral ayının əvvəlində həbs edilib. Li hal-hazırda "Samsung"un sahibi xəstə atası Li -Kun Lini şirkətdə əvəz edirdi. Onun həbsi Cənubi Koreya prezidenti Park Ceunun impiçmentinə səbəb olan rüşvət skandalı ilə əlaqədardır. Məhkəmə tərəfindən verilən açıqlamaya görə Li rüşvət və nüfuzundan sui-istifadə etmək səbəbi ilə həbs edilib. "Samsung" şirkətinin bir sıra fondlara hökumətin xeyrinə ianələr yatırdığı bildirilir./musavat.com/

MediaFax