Astara rayonunda orta məktəbdə şagirdi döyən müəllim cəzalandırılıb.
Bunu Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova bildirib.
Şöbə müdirinin sözlərinə görə, rayonun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbinin müəllimi Namiq Qəhrəmanova 9-cu sinif şagirdi Ələkbərov Etibar Qabil oğlunu döyməsi faktına görə töhmət verilib.
Bundan başqa, müəllimin həmin sinif üzrə dərsləri alınıb və ona təkrar belə hal baş verərsə, məktəbdən uzaqlaşdırılacağı elan olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi Etibar Ələkbərovu döyməsi ilə bağlı video yayılıb.
Müəllim buna səbəb kimi məktəblinin özünü intizamsız aparmasını göstərib./APA/
MediaFax