Saakaşvilinin partiyası qeydiyyatdan keçirildi - Ukraynada

Ukrayna Ədliyyə Nazirliyi Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin hərəkatı” adlı partiyasını rəsmən qeydiyyatdan keçirib.

Bu barədə Mixail Saakaşvili Feysbuk hesabında yazıb.
 
"Bu qərar ölkənin yeni siyasi inkişaf yoluna qədəm qoyması yolunda daha bir önəmli addımdır”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, partiyanın Ukraynanın 19 şəhərində ofisi açılıb./bizimxeber.az/

MediaFax