Ukrayna prezidenti Petr Poroşenkonun saytındakı elektron petisiyalar bölməsində Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini Ukraynanın Gürcüstandakı səfiri təyin etmək təklifi irəli sürülüb.
Petisiya ukraynalı fəal Oleq Yermoxin tərəfindən 2017-ci ilin yanvarın 19-da yerləşdirilib.
"Mixail Saakaşvilinin Gürcüstandakı islahatlar sahəsində təcrübəsini, eləcə də hazırda Ukrayna vətəndaşı olduğunu nəzərə alaraq, onun Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin etməyi təklif edirəm”, - petisiyanın mətnində deyilir.
Dörd gün ərzində petisiyanı 115 nəfər imzalayıb.
Ukrayna hakimiyyətinin petisiyanı nəzərdən keçirməsi üçün üç ay ərzində 25 min imza toplamaq lazımdır./oxu.az/
MediaFax