Röyanın keçmiş əri yenidən evləndi

Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov üçüncü dəfə evlənib.

İş adamı anası və həyat yoldaşı ilə fotosunu instagramda paylaşıb və bu barədə yazıb.

Əldə etdiyimiz məlumata görə, cütlüyün bir qızı var. A.Cəlilovun ilk nikahından bir oğlu, müğənni Röya ilə olan evliyindən də bir oğlu var. İş adamı ilə əməkdar artist 2014-cü ildə boşanıb.

Qeyd edək ki, A.Cəlilov "Çodo-Peçka" mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Son vaxtlarda Cəlilovlar ailəsinin biznesinin çökdüyü haqqında tez-tez xəbərlər çıxıb. İşçiləri onu bir neçə ayın maaşlarını verməməkdə günahlandırıb.

Onu da xatırladaq ki, A.Cəlilov "Yol Əhvalatı", "Anın quruluşu", "Gözlə məni", "Avqust gələndə", "Köç" kimi filmlərin ssenari müəllifi Asim Cəlilovun nəvəsidir./publika.az/

MediaFax