Rusların 32%-i Vladimir Putinin son 100 ilin ən yaxşı dövlət başçısı olduğunu hesab edirlər.
Bu nəticə "Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 29%-i Leonid Brejnevin dövrünü ideal hesab ediblər. 1917-ci ildən əvvəlki dövrü möhtəşəm sayanların sayı isə 6% təşkil edib.
Son 5 ildə həmçinin Rusiyada monarxiyanın sona çatmasının ölkənin böyüklüyünə ziyan vurduğunu düşünənlərin sayı 25%-dən 21%-ə qədər azalıb. Monarxiyanın süqutunun ölkənin inkişafına yaxşı təsir etdiyini düşünənlərin sayı isə 9%-dən 13%-ə qədər artıb./axar.az/
MediaFax