Ruslar kömürü qızıla çevirdilər - Elmi nailiyyət

Rusiya Elmlər Akademiyasının bir qrup alimi kömürdən qızıl hasil etməyə imkan verən üsul hazırladıqlarını bəyan ediblər.

Moderator.az xəbər verir ki, ruslar kömürdən qızıl əldə etməyin üsulunu tapsalar da, onların metodu iş adamlarına sərf etməyəcək. Çünki cəmi bir qram qızıl üçün təqribən, bir tona yaxın kömür lazımdır. Lakin bu üsulun gerçəkləşməsi üçün alimlər 15 il vaxt sərf ediblər. Laboratoriyada yandırılan kömürün dumanı xüsusi sistemə göndərilir. Qalıq sulu filtrdən keçirilir və qızılın daha sonra metal halına gətiriləcəyi yerdə toplanır.

MediaFax