"NATO-nun hər hansı üzvünə qarşı Rusiyanın hərbi təcavüzü bütün alyansa hücumdur".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı müttəfiq qoşunlarının komandir müavini, general Adrian Braşov deyib.
Onun sözlərinə görə, Moskvanın bu addımlarına cavab olaraq NATO Rusiyaya hərbi müdaxilə edə bilər: "Son vaxtlar kiberhücumlar daha da artıb. Bu situasiyada NATO nizamnaməsinin 5-ci maddəsi işə düşə bilər. Rusiyanı atacağı addımlarda ehtiyatlı olmağa çağırırıq".
MediaFax