Rusiyanın ballistik raketləri Suriyada

Rusiya Suriyaya yeni silahlar yerləşdirib.
 
"Fox News” telekanalının məlumatına görə, son 2 gündə Tarsus limanına "Toçka U” zenit-raket kompleksləri üçün nəzərdə tutulan 50 raket gətirilib.
 
NATO-nun təsnifatında SS-21 Scarab A adı ilə keçən bu ballistik raketlər 300 kilometrə qədər ərazidə düşmənin texnika və canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulub.

Telekanal yaxınlarda suriyalı müxalifətçilərin mövqelərinə 6 raket zərbəsinin endirildiyini də xatırladıb.
 
Vladimir Putinin 29 dekabrda Suriyada rus qoşunlarının sayının azaldılması barədə göstərişindən sonra Hmeymim aviabazasına 4 ədəd müasir Su-25 qırıcısı yerləşdirilib./modern.az/

MediaFax