Rusiyadan Trampa yenə dəstək gəldi

Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampın "İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizənin prioritet olacağı haqqındakı fikrini bölüşür.
 
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, bu məsələdə Rusiya beynəlxalq effektiv əməkdaşlığa bel bağlayır.

"Donald Tramp dəfələrlə İŞİD-ə qarşı mübarizənin prioritet olacağını deyib. Biz belə yanaşmanı tamamilə bölüşürük” - deyə Lavrov söyləyib./modern.az/

MediaFax