Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.
RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir.
MediaFax