Rusiyanın Hava-Kosmik Qüvvələri Suriyadakı hərbi əməliyyatlarda xeyli fasilədən sonra yenidən strateji bombardmançıları işə salıb.
Rusiya Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazalardan qalxan 6 Tu22M strateji bombardmançısının Suriyadakı hədəflərə bomba zərbələri endirdiyini bildirir.
Məlumata əsasən bomba zərbələrinin hədəfləri "İslam dövləti” terrorçu qruplaşmasının Deyr əz-Zor şəhərindəki mövqeləri olub. Son günlər İŞİD bu şəhərdə hücuma keçib və Bəşər Əsəd qüvvələrini sıxışdırır.
Bildirilir ki, Rusiya təyyarələri İŞİD hədəflərinə "qrup halında zərbə” endirib. Rusiyanın Suriyadakı Hmeymim aviabazasından qalxan u-30SM və Su35S təyyarələri strateji bombardmançıları Suriya səmasında müşaiyət edib. Bombardmançılar missiyanı başa vurduqdan sonra öz bazalarına geri dönüblər. Tu-22M səsdən iti uçan raketdaşıyıcı-bombardmançıdır. Yerləşdiyi bazadan 2200 km məsafəyə qədər uçub geri qayıda bilir. Bundan əvvəl dəfələrlə Rusiya bu təyyarələri Suriyada tətbiq edib./virtualaz.org/
MediaFax