Rusiya hökuməti ötən ilin sonlarından bəri Türkiyəyə qarşı kənd təsərrüfatı məhsulları ilə bağlı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.
Avqustun 1-4-ü tarixlərində Rusiyanın "Rosselhoznadzor” dövlət xidmətinin sədr müavini Aleksey Alekseyenko iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsi üçün Türkiyədə səfərdə olacaq.
Aleksey Alekseyenko "İnterfaks”a müsahibəsində deyib ki, kənd təsərrüfatı mütəxəssisləri də onunla Türkiyəyə gedəcək: "Səfər zamanı biz Türkiyədən ölkəmizə idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına baxış keçirəcəyik. Bu sahədə əməkdaşlıqla bağlı görüşlər keçirəcəm”.
Xatırladaq ki, iqtisadi inkişaf naziri Aleksey Lihaçev isə bildirib ki, gələn həftə Türkiyənin kənd təsərrüfatı sahəsi üzrə təmsil olunan nümayəndə heyəti Rusiyaya səfər edəcək./publika.az/
MediaFax