Rusiyada spirtli içki qalmaqalı böyüyür

Rusiyanın İrkutsk vilayətində yemişan suyundan kütləvi zəhərlənmə işi üzrə 16 nəfərə ittiham irəli sürülüb.
 
Rusiya İstintaq Komitəsi dekabrın 28-də belə açıqlama yayıb. Cinayət məsuliyyətinə alınan şəxslər məhsul istehsalı, saxlanması və satışında təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunurlar. İstintaq yaxın günlərdə daha 6 nəfərə ittiham irəli sürməyə hazırlaşır.

İrkutskda kütləvi zəhərlənmə dekabrın 17-də baş verib. Zəhərlənməyə metil spirti tərkibli yemişan suyu səbəb olub. 77 nəfər ölüb.

Dekabrın 26-da Rusiyada tərkibində spirtin həcmi 25 faizdən çox olan qeyri-içki məhsullarının pərakəndə satışına 30 günlük qadağa qüvvəyə minib./novator.az/

MediaFax