Rusiya qırıcıları PKK-nın Suriya qolunu vurdu

İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyanın ABŞ-dan olan komandiri Stefan Tounsed, Rusiya təyyarələrinin Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qolu PYD/YPG-ni vurduğunu açıqlayıb.

General-polkovnik Stefan Tounsed rus təyyarələrinin PYD/YPG-ni "səhvən” bombaladığını deyib.

"Rus təyyarələri İŞİD-in əlində olduğunu zənn etdikləri bir kəndi bombalayıb. Ancaq ora YPG-nin nəzarətindədir. İŞİD o kənddən çəkiləndə YPG o kəndlərə girmişdi” deyə amerikalı general bildirib.

Stefan Tounsed eyni zamanda Türkiyə və onun dəstəklədiyi müxaliflərin Əl Babı azad etdikdən sonra, türk əsgərləri, Əsəd ordusu və PKK/PYD-nin bir-birlərinə "əl bombası atacaq qədər” yaxın olduqlarını deyib.

Xatırladaq ki, ABŞ Suriyada terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə rəsmən dəstək verdiyini açıqlayıb. Türkiyə isə buna sərt şəkildə etirazını bildirərək, Suriyada terrorçulara qarşı əməliyyat həyata keçirir./avropa.info/

MediaFax