Rusiya qırıcıları İŞİD-i vurdu

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Əl-Bab bölgəsinin cənubunda yerləşən İŞİD mövqelərini atəşə tutub.

"Haber 7" qəzetinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Fərat qalxanı" əməliyyatının 128-ci günündə Rusiya qırıcıları ilk dəfə Əl-Babda İŞİD mövqelərini bombardman edib.

Hərbi mənbələr isə Rusiya qırıcılarının Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat apardığı Əl-Babın mərkəzindəki İŞİD silahlılarını deyil, Əl-Babın cənubundakı bölgələri hədəfə aldığını bildirir./virtualaz.org/

MediaFax