Rusiya Qəddafinin xələfini seçdi

Moskva Liviya generalı Xəlifə Xaftarı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.
 
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

"General Xaftar indiyə qədər İŞİD-lə mübarizədə çox şey edib və bundan sonra da edəcək. Onun sayəsində ölkə neft ixracını bərpa edib və resurslar əldə etməyə başlayıb”, – Zaxarova bildirib.

Qeyd edək ki, general Xaftar Çad-Liviya müharibəsi zamanı əsir düşüb. Bundan sonra o, Müəmmər Qəddafi hakimiyyəti ilə əlaqələrini kəsib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yardımı ilə əsirlikdən qaçan Xaftar sonradan 20 il Amerikada yaşayıb. 2011-ci ildə ərəb baharı zamanı o, Liviyaya dönüb və Qəzzafiyə qarşı fəaliyyətə başlayıb.

2014-cü ildən sonra Xaftar Rusiya ilə əlaqələrini gücləndirib. O, son 1 il ərzində Moskvaya 3 dəfə səfər edib./axar.az/

MediaFax