Rusiya İngiltərə ordusunu bir günə məhv edə bilər - Məşhur qəzet

Böyük Britaniyanın hərbi büdcəsinin ixtisarı Rusiya kimi hazırlıqlı düşmənə qarşı effektiv hərbi əməliyyatların aparılması və dəstəklənməsi imkanlarını ciddi şəkildə zəiflədib.

Bu barədə İngiltərənin "The Times” qəzeti yazır. Məqalənin istinad edildiyi Tarixi Münaqişələrin Təhlili və Tədqiqatı Mərkəzinin hesabatında deyilir: "Risk ondadır ki, ordunun yeganə döyüş qabiliyyətli hərbi hissəsi bir gündə məhv edilə bilər. Bu komandirlərin kürəyində gəzdirdiyi ağır yükdür”.

Böyük Britaniya hal-hazırda birbaşa xarici hücum təhlükəsi altında qalmasa da, başqa dövlətlərlə müharibəyə başlamaq ehtimalı qalır.

"Ortaya sual çıxır: Britaniya ordusu hadisələrin belə inkişafına hazırdırmı? Sadəcə insan ehtiyatlarını və aktiv əməliyyatlarda iştirak qabiliyyəti hesaba qatsaq cavab sadə olacaq: yox. Britaniya ordusunu illərlə büdcə ixtisarları yaşadaraq minimum səviyyəyədək azaltdı” – hesabatda belə deyilir.

Ekspertlər hesab edir ki, krallıq hərbi əməliyyatlara yalnız 5-10 min nəfər əsgərdən ibarət briqada qoşa bilər. Hesabatda həmçinin qoşunların münaqişə zonasına tez və təhlükəsiz şəkildə atılması üçün lazım olan nəqliyyat vasitələrinin azlığı xatırladılır. Britaniya ordusu eyni zamanda kiber hücumlar qarşısında acizdir. Öz əsgərlərinə lazımi hava hücumundan müdafiə təşkil edə bilmir./avropa.info/

MediaFax