Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin vəfat edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 68 yaşlı diplomat Yeni Dehlidə qısa sürən xəstəlikdən sonra vəfat edib.
Kadakin 2009-cu ilin noyabrında bu posta təyin olunmuşdu.
Bundan əvvəl, 2016-cı ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülmüşdü.