Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir göndərə bilər.
Bu barədə informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Antonovun hələlik səfir vəzifəsinə əsas namizəd kimi baxıldığını bildirib. Antonovun səfir göndərilməsi məsələsinə Kremldə 2016-cı ilin payızından baxılır.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri vəzifəsini 2008-ci ildən Sergey Kislyak idarə edir.
Antonov Rusiya müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavinidir. O, ABŞ-a qarşı sərt siyasi xəttin tərəfdarıdır./axar.az/
MediaFax