Rusiya ərəblərlə razılığa gəldi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Rusiya arasında SU-35 qırıcı təyyarələrinin alınması barədə müqavilə imzalanıb.

Bu barədə Rusiyanın "Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirib.

Bundan əlavə, BƏƏ və Rusiya hərbi-texniki sahədə sənaye kooperasiyası barədə də saziş imzalayıblar. Sazişə əsasən, Rusiya BƏƏ mütəxəssislərinin iştirakı ilə beşinci nəsil yüngül qırıcı təyyarələrin istehsalına dair layihəni inkişaf etdirməyə başlayacaq. Yüngül qırıcı təyyarələrin "MiQ-29”ların bazasında hazırlanacağı bildirilir.

Sazişlər Əbu-Dabidə keçirilən "IDEX 2017” 13-cü beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb./AZƏRTAC/

MediaFax