Rusiya hərbi təyyarəsinin Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalamasına rəsmi Kreml münasibət bildirib.
Türkiyə KİV-ləri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya təyyarələrinin Türkiyənin verdiyi koordinantlara görə hərəkət etdiyini bildirib.
Fevralın 9-da Rusiya hərbi təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı səhvən bombalayıb. Hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.
Həmin gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Putin ölənlərlə bağlı başsağlığı verib./aznews.az/
MediaFax