Kreml Ankaraya səfir təyinatını təkzib etdi - Yenilənib

14:05 
 
Rusiyanın Privolj Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Mixail Babiç ölkənin Türkiyədəki yeni səfiri olacaq. "Dojd” televiziyası xəbər verir ki, Moskvanın Ankaradakı yeni səfiri 2017-ci ildə təyin ediləcək.

Məlumata görə, M.Babiçi əvvəllər Rusiyanın Ukraynadakı səfiri təyin etmək istəyiblər. Ancaq rəsmi Kiyev buna etiraz edib və təyinat baş tutmayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu il dekabrın 19-da Ankarada sui-qəsdlə öldürülüb.
 
--------------
14:52 
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Babiçin Türkiyəyə səfir göndərilməsi xəbərini təkzib edib.

"İnterfaks” xəbər verir ki, Peskov bununla bağlı deyib: "Hələlik heç bir qərar yoxdur. Məlumat həqiqəti əks etdirmir. Heç bir qərar qəbul edilməyib”./virtualaz.org/


MediaFax