Rusiya 4 hərbçisini itirdi - Suriyada

Fevralın 16-da Suriya ərazisində 4 Rusiya hərbçisi öldürülüb.
 
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Hərbçilərin avtomobilinin kənardan idarə olunan mina vasitəsilə partladıldığı bildirilir.
 
Hadisə zamanı daha 2 nəfər yaralanıb. Avtomobil Suriya ordusunun karvanı ilə birlikdə Tiyas aerodromundan Homs şəhərinə gedirmiş./APA/

MediaFax