“Rus mafiyası”nın üzvləri ələ keçdi - ABŞ-da

Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası”nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.
 
Onlar Rusiya və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.
 
Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.
 
Cinayətkarlar öz fəaliyyətlərini sakinlərinin çoxu keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında aparıblar.
 
Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar./modern.az/
 
MediaFax