Ruhani yenidən prezident olmaq istəyir

İran vitse-prezidenti  Husseyn Əli Amiri dövlət başçısı Həsən Ruhaninin mayda keçiriləcək prezident seçkilərində ikinci müddətə seçilmək üçün mübarizə aparacağını təsdiqləyib.
 
İRNA agentliyinin verdiyi məlumata görə, H. Ə. Amiri deyib ki, son həftələr ərzində H. Ruhani prezident seçkilərində iştirak etməyə qərar verib.
 
Qeyd edək ki, İranda prezidentliyə namizədlərin qeydiyyatı prosesi bu il 10-14 aprel tarixlərində olacaq. Seçki kampaniyasına rəsmən aprelin 27-də start veriləcək, mayın 16-da başa çatacaq. Prezident seçkiləri mayın 19-da keçiriləcək./APA/  

MediaFax