İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri başlayıb.
APA-nın "news.am”-a istinadən verdiyi məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə baş tutub.
Səfər zamanı onun Ermənistan prezidenti və baş naziri ilə görüşləri gözlənilir. Yekunda isə iki ölkə arasında münasibətlərin dərinləşməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Hər iki prezident Ermənistan-İran biznes forumuna da qatılacaq.
MediaFax