Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
La Liqanın 24-cü turunda keçirilən "Vilyarreal"la oyunda penaltidən 57-ci dəfə fərqlənən Ronaldo bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq klub tarixində 11 metrlik nöqtədən ən çox qol vuran futbolçu olub.
Qeyd edək ki, "Real" "Vilyarreal"ı səfərdə 3:2 hesabı ilə məğlub edib./qafqazinfo.az/
MediaFax