"Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo yayılan vergi qalmaqalı ilə bağlı ictimaiyyətə açıqlama verib.
Futbolçunun külli miqdarda sərvətə sahib olduğundan hamının xəbəri var, amma indi bu sərvət dəqiq rəqəmlərlə açıqlana bilər.
"Futbol Liks”in apardığı son araşdırmadan sonra iddia olundu ki, Ronaldo milyonlarla avro həcmində ispan vergisindən yayınıb.
Portuqaliyalı ulduzu heç bir rəsmi ittihamla üzləşməsə də, bütün bu söhbətlər onun nüfuzuna ciddi xələl yetirib. Ona ünvanlanan bütün ittihamları aradan qaldırmaq üçün Gestifute şirkəti onlayn blanklar şəklində Ronaldonun gəlirinin bəyanaməsini ictimaiyyətlə bölüşüb.
2015-ci ildə ulduz oyunçu 227.2 milyon avro qazanıb ki, bunun da 23.5 milyonunu İspaniyada qazanıb və bu gəlirdən ispan hökumətinə vergi ödənilib. Digər ölkələrdən əldə olunan gəlir isə 203.7 milyona bərabərdir./axar.az/
MediaFax