Reynaldoya 8 il iş verildi

2015-ci ildə həbs edilən Salvador Futbol Federasiyasının sabiq prezidenti Reynaldo Vaskesin məhkəmə prosesi başa çatıb.
 
Reynaldo ölkəsində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməkdə təqsirli bilindiyi üçün 8 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmə Vaskesi günahkar bilib və onun 400 min avro ödəməli olduğu barədə qərar da çıxarıb. Amma sabiq federasiya prezidenti bununla razılaşmayıb və apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Vaskesin 8 ildən daha çox cəza çəkəcəyi gözlənilir. Çünki sabiq prezident FİFA-dakı korrupsiya əməliyyatlarına görə ittiham edilmək üçün ABŞ-da da məhkəmə qarşısına çıxacaq./qafqazinfo.az/

MediaFax