Çörəyin çəkisini azaltmaqla bahalaşmanın qarşısı alındı.
Lakin çörəyin keyfiyyəti, çörəkbişirmə sexlərində gigiyenik şərtlərə riayət olunması, məhsulun əlavə çirklənməyə məruz qalmadan daşınması problem olaraq qalır.
Bu barədə saytımıza Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata istehlakçılar tərəfindən müxtəlif qida məhsulları, o cümlədən çörəklər gətirilib. Çörəyin içindən bolt, qurd çıxıb. Həmin çörəklər hazırda təşkilatda saxlanılır. "Ötən il bir neçə çörəkbişirmə sexində olduq. Təlimatlara görə, işçilər iş saatlarında bəzək əşyalarını çıxarmalıdırlar. Çünki iş prosesində, məsələn, sırğa və ya üzük məhsulun içinə düşə bilər. Bu barədə iradlarımızı bildirsək də, nəticəsi olmadı. Xüsusilə rayonlardakı çörəkbişirmə sexlərində vəziyyət ürəkaçan deyil”.
Təşkilat rəhbəri qida məhsulları ilə bağlı təkliflər hazırlandığını, həmin təkliflərin əlaqədar orqanlara təqdim edildiyini də bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə də çörəyin keyfiyyəti ilə bağlı tənqidlər səslənir. Çörəkbişirmə sexlərində əlcəkdən istifadə olunmadığı, işçilərin təmizliyə riayət etmədikləri, eləcə də məhsulun açıq halda maşınların oturacağına yığılaraq mağazalara paylandığından şikayətlər qeyd olunur.
Onu da xatırladaq ki, Gəncədə Türkiyə vətəndaşı mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması iddiası ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişdi.
"ARB Kəpəz” xəbər verir ki, komitənin "Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı” laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb. Çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə həqiqətən də siçovul nəcisi olduğu müəyyən edilib.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətin isə xəbərdar edir ki, çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Buna görə də, çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif olan çörəyin satışı qadağandır. Eləcə də, istifadə müddəti ötmüş çörək məmulatlarının tiçarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir.Çörəyi saхladıqda bir çoх miкroorqanizmlərin inкişafı nəticəsində çörəкdə хəstəliк baş verir. Xidmət nöqsanlar aşkarlandığı halda məlumat verilməsini tövsiyə edir./virtualaz.org/
MediaFax