Rəşad bu oyunda oynamayacaq - Millimiz üçün itki

Azərbaycan yığması Şimali İrlandiyaya səfər öncəsi ciddi itki ilə üzləşib. Millimizin baş məşqçisi Robert Prosineçki apasport.az saytına açıqlamasında bildirib ki, Rəşad Sadıqov məşq zamanı zədələnib.
 
Xorvatiyalı mütəxəssisin sözlərinə görə, "Qarabağ”nin 34 yaşlı müdafiəçisi bu səbəbdən də Şimali İrlandiyaya qarşı oynamayacaq.
 
Qeyd edək ki, Sadıqov zədəli olsa da, səfərə yollanıb. Qarşılaşma isə noyabrın 11-də olacaq. 

MediaFax