Hindistanın Heydərabad şəhərində Birinci Beynəlxalq Rəqs Festivalında Azərbaycan rəqqasları "Uzun Dərə”rəqsini uğurlu ifa ediblər.
Tədbiri aparan məşhur Bollivud ulduzları lirik Azərbaycan rəqsi olan Uzundərə rəqsi, onun tarixi, Qarabağda Uzundərə adlanan ərazidə yaranması ilə bağlı məlumat veriblər. İlk öncə qonaqlar simvolik məşəli yandırmaq üçün səhnəyə dəvət olunublar.
Daha sonra tədbirə ev sahibliyi edən Telangana Baş naziri qonaqların şərəfinə ziyafət verib.
Tədbirin fəxri ev sahibi Şəhərlərin İnkişafı, Evtikmə və Şəhər Yoxsulluğu ilə Mübarizə, eləcə də İnformasiya üzrə Hindistanın İttifaq Naziri, hakim BJP partiyasının 2002-2004-cü illərdə milli prezidenti Venkaiah Naidu Azərbaycandan fəxri qonaq qismində, Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə Azərbaycanlı üzvü Turab Rzayevi və rəqs qrupunu qəbul edib, səmimi söhbətdə öz arzularını və Azərbaycan mədəniyyəinə olan heyranlığını dilə gətirib.
Rəqqaslarımızın ifası həm şəhərin ən böyük zalına toplanmış izləyiciləri, həm də ekranlardan izləyən milyonlarla tamaşaçıları heyran edib.
Təşkilatçılar rəqs qrupumuzu yüksək qiymətləndirmiş, rəqqaslarımızı xüsusi diplomla təltif ediblər. Eyni zamanda, festivalın aparıcıları ölkəmiz haqqında məlumat vermiş, Azərbaycanın video təqdimatı canlı yayımda izləyicilərə təqdim olunub. Hindistanın "Doordarshan”, "Prasar Bharati” televiziyaları və bir neçə regional kanal festivaldan canlı canlı yayım həyata keçiriblər./modern.az/
MediaFax