Rəqiblərimizi tanıdıq - Şahmat olimpiadası

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.

Olimpiadanın mətbuat xidmətindən verilən məlumata görə, hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşacaq. 

4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. Azərbaycanın ikinci komandası Türkmənistanla, üçüncü yığma isə Zimbabve ilə üz-üzə gələcək. 

Daha əvvəl Zimbabve Azərbaycanın əsas yığmasına uduzub. Türkmənistan isə üçüncü milliyə qalib gəlib.

Hazırda Azərbaycan1 8 xalla 2-ci, Azərbaycan2 6 xalla 27-ci, Azərbaycan3 isə 4 xalla 71-ci pillədə qərarlaşıb.
 


Qadınlardan ibarət əsas yığmanın rəqibi Almaniya olacaq. İkinci milli İspaniyanı, üçüncü komanda Özbəkistanı sınağa çəkəcək. 

4 turdan sonra Azərbaycan1 7 xalla 11-cidir. Azərbaycan2 5 xalla 34-cü, eyni xala malik Azərbaycan3 39-cu pillədə yer alıb.

Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb./report.az/

MediaFax