“Reina” terrorunun təşkilatçısı tutuldu

İstanbulda "Reina" gecə klubunda terror hadisəsini planlaşdıran, adı hələki, gizli saxlanılan şəxs yaxalandı.

Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina" gecə klubundakı terroru planlaşdıran türk əsilli Fransa vətəndaşı həbs edilib. Saxlanılarkən həmin şəxsin üzərindən terroru törədən Əbdülqadir Maşapirovun yaşadığı mənzilin kirayə müqaviləsi tapılıb.

Türk Polisinin açıqlamasına görə, bir müddətdir ki, həmin şəxsin İŞİD-lə əlaqələri araşdırılırdı. Bu şəxsin 2 gün əvvəl həbs edildiyi açıqlanıb./aznews.az/

MediaFax