Yeni il gecəsi İstanbulun "Reina" gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçudan yeni xəbər var.
Ölkə.Az xəbər verir ki, terrorçu hücumdan sonra 4 yaşlı oğlu ilə birlikdə ölkədən qaçıb.
Özbək Abdulqadir Maşaripovun həyat yoldaşı Maltepe səmtində keçirilən əməliyyat nəticəsində həbs edilib. Onun yaş yarımlıq qızı mühafizə edilir. Maşaripovun isə hücumdan sonra 4 yaşlı oğlunu da götürərək qaçdığı məlub olub.
Terrorçu ailəsi ilə birlikdə dekabr ayının son günlərində İstanbulun Başakşehir səmtində ev kirayəyə götürüb. Terrorçu 31 dekabrda axşam saatlarında arvadı ilə halallaşaraq evdən çıxıb. Qətliamdan sonra evə qayıdıb və 4 yaşlı oğlunu da götürərək aradan çıxıb.
MediaFax