“Reina” qatilinin daha bir etirafı

Yeni il gecəsi İstanbulun "Reina" klubunda 39 nəfəri qətlə yetirən Maşaripovun istintaqı davam edir

Ölkə.Az xəbər verir ki, terrorçu oğlu ilə birlikdə Suriyaya qaçmağı planlaşdırırmış.

Terrorçu deyib: "Özbəkistan İslam Hərəkatının üzvü idim. Bu təşkilat naminə cəmiyyət arasında propoqanda aparırdım. Təşkilatın propoqanda video çarxlarını "Youtube" kanalına yükləyirdim. Bu hərəkatda silahlı təlim keçdim. Sonra isə qrupla fikir ayrılığına düşdüm. Əfqanıstana, oradan Pakistana, sonra isə İrana getdim. İranda İŞİD-lə tanış oldum. Qanunsuz yollarla Türkiyəyə keçdim. Yoldaşım və iki övladım da yanımda idi. Konyaya gəldim və Rakkadakı İŞİD əmirindən hücum əmrini aldım. Bombalı terror aktı həyata keçirə bilmədik. Çünki güclü təhlükəsizlik tədbirləri var idi. Avtomatımı dostum Zeytinburnundakı evə apardı. 16 dekabrdan 29 dekabra qədər İstanbulda İlyasın evində qaldım. 29 dekabrda evdən çıxdım. Taksimdəki görüntüləri İŞİD əmirinə göndərdim. Amma güclü təhlükəsizlik tədbirləri olduğu üçün aksiya törədə bilmədim.

"Reina" klubuna hücum etdim. Klubdakıları kafir olduqları üçün öldürdüm. Müsəlman yeni il bayramını qeyd etməməlidir. Hücumdan sonra oğlumu da götürərək qaçmaq istəyirdim. Amma oğlumla görüşə bilmədim. Zeytinburnu, Sefaköy və Esenyurtdakı evlərdə gizləndim. Oğlumla görüşə bilsəydim, İzmir və Hatay üzərindən Suriyaya qaçacaqdım. Esenyurtdakı evə gəldim və qadınlardan bir ilə kəbin kəsdirdim. Qızımı və arvadımı özümlə aparmaq istəmirdim".

MediaFax