Referendumun nəticələrini tanıyırıq - ABŞ

ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət rəhbərinin səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.    
 
"Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki,  pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa – tədqiq edilməli və aradan qaldırılmalıdır ... Biz  səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.  
 
"ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib./APA/

MediaFax