Azad Azərbaycan teleradio şirkəti Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar rəsmi açıqlama yayıb.
Həmin açıqlamanı təqdim edirik:
"Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq.
Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq. Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qəbuledilməz hesab etdiyimiz uçun uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib.
Ölkə ictimaiyyətinə dərin hörmətlə, Azad Azərbaycan teleradio şirkəti"./musavat.com/
MediaFax