Reanimasiyaya düşən tanınmış hakimdən xəbər var

Ənvər Seyidovdan yeni xəbər var 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”. Bunu "Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.
 

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır: "Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.

Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

MediaFax