Son günlər Cəlilabad rayonunda qarın əriməsi nəticəsində sürüşmə zonalarında yenidən aktivləşmə müşahidə edilir.
Rayonun Sadatlı kəndində sürüşmənin aktivləşməsi nəticəsində kənddə bır neçə ev təhlükə ilə üzləşib.
Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Sürüşməyə səbəb kimi qar sularının əriməsi göstərilir. Yerli sakinlər sürüşmənin getdikcə evə yaxınlaşmasından narahat olduqlarını bildiriblər.
Problemlə bağlı aidiyyatı qurumlara məlumat verilib./APA/
MediaFax