Rayona gedən taksilərdə nə təhlükə var?

Bakıdan rayonlara gedən insanlar tələsdikləri vaxt ictimai nəqliyyatdan deyil, taksilərdən istifadə edirlər.
 
Sirr deyil ki, bu gün Bakıdan istənilən rayona taksi xidməti də göstərilir.

Ancaq gəlin diqqət edək, bu xidmət hansı səviyyədədir? Rayonlara işləyən taksilər o qədər sürətlə hərəkət edir ki, ağlı olan kəs ikinci dəfə bu minik növündən istifadə etmir. Çünki bu taksilər hər addımda ölüm saçır.  

Bu, hələ məsələnin görünən tərəfidir. Görünməyən tərəfləri o qədərdir ki... İndi nəzərinizə çatdıracağımız hadisə kimi...

Təxminən 10-15 gün öncə Rusiyadan Azərbaycana gələn şəxs avtovağzaldan evinə taksi ilə getməyə qərar verir. Elə bu an bir taksi sürücüsü ona yaxınlaşır və bildirir ki, 2 müştərisi var, biri də olsa, yola düşər. Həmin adam da etiraz etmir və taksidə əyləşir. Rusiyadan gələn adam taksinin dövlət nömrə nişanını SMS-lə qardaşına göndərir.

Evdə 2 gün gözləyirlər. Rusiyadan gələn adam evlərinə gəlib çıxmır. Əlacları kəsilən ailə hüquq-mühafizə orqanlarına müraciət edir və taksinin dövlət nömrə nişanını da təqdim edir.

Uzun araşdırmalardan sonra məlum olur ki, rayonlara işləyən taksilərdə xüsusi cinayətkar dəstə var. Bu dəstə üzvləri bəzi taksi sürücüləri ilə əlbir olub müştərilərin başına yüz cür oyun gətirirlər.

Elə Rusiyadan gələn adam kimi. Araşdırmalar nəticəsində həmin adamın qətlə yetirildiyi məlum olur.

Bu nə ilk, nə də son hadisədir. İş burasındadır ki, heç birimiz belə "yoxa çıxmalardan” sığortalanmamışıq.

Ona görə də rayona işləyən taksilərin ciddi nəzarətə götürülməsi vacibdir./modern.az/


MediaFax