Tovuzda bu gün günorta saatlarından rayon mərkəzi də daxil olmaqla bir neçə kənddə elektrik enerjisinin verilməsi dayandırılıb.
Artıq bu ənənə halını alıb. Sakinlər də bölgə müxbirimizlə söhbətlərində bildiriblər ki, gecə-gündüz demirlər, günün istənilən saatı kəsirlər, saatlarla işıq olmur. Nə qədər adamın elektriklə işləyən əşyaları sıradan çıxıb. Kiminin soyuducusu, kimin paltaryuyan maşını xarab olub.
"Azərişıq” ASC-nin Tovuz rayon filialından məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, qurumdan suallarımıza cavab verən tapılmadı. Onu da bildirək ki, qurumun gün ərzində telefonları ya məğul olur, ya da zənglərə cavab verilmir./musavat.com/
MediaFax