Qurbanov futbolçularına qadağa qoydu

Çexiyanın "Slovan” klubu ilə oyuna qədər "Qarabağ”ın futbolçuları jurnalistlərlə ünsiyyətdə olmayacaqlar.
 
Klubun məşqçi heyəti vacib oyuna hazırlaşmağa heç nəyin mane olmaması üçün bu qadağanı tətbiq edib.

Baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri ilə yalnız sabah oyunöncəsi mətbuat konfransında söhbət etmək mümkün olacaq.

Xatırladaq ki, "Slovan”-"Qarabağ” matçı noyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq./virtualaz.org/

MediaFax